YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Yunanıstanı təhrik edənlərin heç biri gələcəkdə onun yanında olmayacaq”  - Çavuşoğlu

Yunanıstanı təhrik edənlərin heç biri gələcəkdə onun yanında olmayacaq” - Çavuşoğlu

Dünya

30 Sentyabr 2022 12:24 570


“Yunanıstanın yanındakılara, arxasındakılara inanması özünü aldatmasıdır”. 

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Yunanıstan bu gün onu təhrik edənlərin heç birini gələcəkdə yanında görməyəcək: “Biz qonşuyuq. Yan-yana olan 2 ölkəyik. Problemlərimizi həll etmək üçün diplomatiya yolu prioritetimizdir”.

M.Çavuşoğlu söyləyib ki, üçüncü ölkələr Türkiyə-Yunanıstan münasibətlərində iştirak etməməlidir.

XİN başçısı qeyd edib ki, Türkiyənin soyuqqanlı mövqeyi Yunanıstanı narahat edir.

O xatırladıb ki, Egey dənizindəki adalardan biri 1923, bəziləri 1947-ci il müqaviləsi ilə Yunanıstana verilib: “Məqsəd sülh idi. Yunanıstan 60-cı illərdən etibarən adaları silahlandırmağa başlayıb. Beləliklə, qarşı tərəf razılaşmanı pozmuş oldu. Razılaşmaya görə, adaların silahlandırlıması nəzərdə tutulmamışdı”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!