Zabux və Sus kəndlərini sel basdı

saytların hazırlanması

Evə çatdırılma

Zabux və Sus kəndlərini sel basdı

Sosial

12 İyun 2024 16:23 388


Bir neçə gündür dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib.

Yenisabah.az xəbər verir ki, bu, Laçın rayonunda sel fəlakəti ilə bağlı Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı birgə məlumatda əksini tapıb.

Normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub. pizza hut

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda təbii fəlakət baş vermiş ərazidədirlər. Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!