"Bir müddət əvvəl Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında əldə olunan razılıq gələcək dövr üçün baza rolunda çıxış etmiş oldu. Ancaq görünür ki, ermənilərin genetikasında ümumilli qorxu hakimdir".
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc Modern.az saytına müsagibəsində deyib. Siyasətçi deyib ki, ermənilərin düşüncəsinə görə, bizim dörd kəndi azad etməyimiz birinci müdafiə xəttini yıxmağımız sayıla bilər:
"Onlar elə bilir ki, bizim daha çox şeylərə iddiamız var. Bununla da Ermənistanla Qərb arasında əlaqələr kəsilmiş olacaq. Bununla bərabər bizdə də bəziləri təəssüf ki, düşünür ki, Başkənd Ermənistana veriləcək. Amma bizim Konstitusiyada da qeyd olunub ki, bütün məsələlər referendum yolu ilə gerçəkləşə bilər". pizza
Zahid Oruc daha sonra vurğulayıb ki, İlham Əliyev və Paşinyanın sülh müqaviləsini Göyçədə imzalamasını arzulayır: "Ona görə ki, bu, siyasi məna kəsb edəcək. Şahin Mustafayev və Qriqoryan çox rahatlıqla Qazaxda, digər ərazilərdə görüşə bilirlər. Hətta bu yaxınlarda Naxçıvanda görüşün olması da qaçınılmazdır. Bu məqamda COP29-da Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak etməsini çox istərdim. Bununla sülh prosesinə də töhfə verilmiş ola bilər".
Telegram kanalımız