Zelenski: “Adam Putini öldürmək istəyir“ 

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Adam Putini öldürmək istəyir“ 

Dünya

10 İyul 2024 14:42 540


Kiyevdəki Oxmadet uşaq xəstəxanasına raket hücumu kimi durumları görəndə adam Rusiya prezidenti Vladimir Putini öldürmək istəyir. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Prezident Fondunda və Ronald Reyqan İnstitutunda çıxışından sonra deyib. 

“Mən atayam, prezidentəm, insanam... Bu adamları, valideynləri görəndə, övladları öləndə belə məqamlarda Putini öldürmək istəyirsən. Biz hamımız bunu çox istəyirik”, - deyə Ukrayna lideri bildirib.  pizza sifarişi

Zelenski hesab edir ki, Vladimir Putinin “nə isə içir” və heç nə düşünmür. 

“Putin Ukraynada baş verənlər barədə düşünmür. Raket hərbi obyektə yox, birbaşa uşaq xəstəxanasına uçub. Buna görə də məndə belə emosiyalar var”, o qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!