Zelenski cəbhə xəttinə yollandı 

saytların hazırlanması

Evə çatdırılma

Zelenski cəbhə xəttinə yollandı 

Dünya

29 İyul 2024 15:24 534


Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xəttinə yollanıb. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, Volçansk yaxınlığında Xarkov istiqamətində irəli komanda məntəqəsinə baş çəkib. 

“Bu gün burada olmaqdan şərəf duyuram və əsgərlərimizi təbrik edirəm, həm düşmən xəttinin arxasında, həm də şəhərlərimizin müdafiəsi və işğaldan azad edilməsi zamanı göstərdiyiniz şücaətə, göstərdiyiniz qəhrəmanlığa görə təşəkkür edirik”, - prezident bildirib.  Sezar pizza

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!