Ukrayna Prezidenti Volodimir Zelenskinin Britaniyanın “BAE Systems” müdafiə şirkətinin nümayəndələri ilə videogörüşü olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Zelenski “Facebook” səhifəsində məlumat verib.
şirkət “Challenger” tankları və M777 haubitsaları istehsal edir.
“Biz Ukraynada “BAE Systems” ofisinin, daha sonra isə şirkətin məhsulları üçün təmir və istehsal müəssisələrinin açılması üzrə işə başlamaq barədə razılığa gəldik”, – deyə Zelenski postuna əlavə edib.
O, Ukraynanın müxtəlif növ “BAE Systems” məhsullarının təmiri və istehsalı üçün əsas regional mərkəzə çevrilməyə hazır olduğunu və indi daha çox qlobal əlaqələrdə maraqlı olduğunu bəyan edib.
Qeyd edək ki, “BAE Systems” Böyük Britaniyanın silah, informasiya təhlükəsizliyi və aerokosmik sahələrində inkişaf məsələləri ilə məşğul olan ən böyük müdafiə şirkətidir.
Hərbi məhsulların satışı baxımından, gəlirlərin 96 faizini təşkil edir. Şirkət 2021-ci ildə dünyada 7-ci yeri tutub.
Telegram kanalımız