Zelenski: “Ukraynanın Rusiyadakı təyyarə qəzasına aidiyyəti yoxdur” 

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Ukraynanın Rusiyadakı təyyarə qəzasına aidiyyəti yoxdur” 

Dünya

24 Avqust 2023 17:07 502


“Ukraynanın göyərtəsində "Vaqner" hərbi təşkilatının lideri Yevgeni Priqojin və digərlərinin olduğu təyyarə qəzasında əli yoxdur”. 

“Report” xəbər verir ki, bu barədə Portuqaliya lideri ilə mətbuat konfransı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Ukrayna təyyarələrlə bağlı dünya ölkələrinə müraciət edəndə bunu nəzərdə tutmurdu, tamamilə başqa şeyi düşünürdü və dəstək istəyirdik. Birincisi, bizim bu məsələdə iştirakımız yoxdur. Hesab edirəm ki, bu məsələdə kimin iştirak etdiyindən hamı xəbərdardır”, - deyə Zelenski bildirib. pizza mizza

Xatırladaq ki, dünən Priqojinin olduğu təyyarə Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərin hamısı həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!