100 minlərlə əsgər hərəkətə keçir: Havadan, dənizdən və qurudan...

saytların hazırlanması

Evə çatdırılma

100 minlərlə əsgər hərəkətə keçir: Havadan, dənizdən və qurudan...

Dünya

15 Oktyabr 2023 09:24 30153


İsraillə HƏMAS arasında müharibə 9 gündür davam edir. Qəzzada fələstinlilərə evlərini tərk etmələri üçün 24 saat vaxt verən İsrail ordusu dünən Qəzzada quru əməliyyatlarına başlayıb. İşğal altındakı İordan çayının qərb sahilində qarşıdurmalar alovlanıb. Əraziyə həm havadan, həm də qurudan zərbələr endirilir. 

Musavat.com xəbər verir ki, Qəzza zolağındakı mülki şəxslərə bölgənin cənubuna doğru hərəkət etmələri barədə çağırış edən İsrail Müdafiə Qüvvələri (IDF) daha sonra həyata keçiriləcək əməliyyatlarla bağlı açıqlama verib.

“Əhəmiyyətli bir qrup əməliyyatı həyata keçiriləcək. Havadan, dənizdən və qurudan birgə və koordinasiyalı əməliyyatla hücumu genişləndirməyə hazırıq” - açıqlamada bildirilib. Dördpendirli pizza

Həmçinin vurğulanıb ki, maddi-texniki təminat idarəsi qoşunları quru əməliyyatı üçün lazım olan bütün texnika ilə təmin etməyə çalışır və yüz minlərlə ehtiyat əsgər döyüşə hazırdır.

İsrailin baş naziri Benyamin Netanyahu da hərbi əməliyyatlar barədə mühüm mesaj verib.

“Bütün döyüşçülərimiz ön cəbhədədir, hamımız hazırıq. Yeni mərhələ gəlir, hazırsınızmı?” - o deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Orkhan Sharif
    Netanyahunun çağırışından belə məlum olur ki,Həmasın İsrailə hücumunu elə İsrail dövləti özü təşkil edib,-yenə də əlavə ərazilər işğal etmək və öz çirkin əməllərini yerinə yetirmək üçün.
    3 years ago
  • Eldar
    Hemasin ne qeder doyuscusu var goresen
    3 years ago