11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü

Hadisə

13 İyun 2022 15:58 1075


Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb. 

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə iyunun 11-i saat 13 radələrində Vilvan kəndində baş verib.

Belə ki, şəhər sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçməyə çalışan 2017-ci il təvəllüdlü S.Hüseynovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən azyaşlı iyunun 12-də orada ölüb. pizza hut

Məlumata görə, valideynlərinin evliliyindən 11 il sonra dünyaya gələn S.Hüseynov ailənin tək uşağı olub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!