Mayın 3-də Serbiyanın paytaxtı Belqradda məktəbdə hadisə törədən 13 yaşlı oğlan qətlləri bir neçə həftə ərzində planlaşdırıb. Məktəbli, hətta “ölüm siyahısı” belə tutub.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, silahlı insidentdən sonra uşağın atası və anası həbs edilib. Hücumun motivləri məlum deyil.
Xatırladaq ki, atışma nəticəsində 8 şagird, həmçinin, məktəbin mühafizəçisi həlak olub. Daha 6 şagird və müəllim isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Marqarita pizza
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 13 yaşlı oğlan hücum üçün atasının qanuni qeydiyyatda olan iki silahından istifadə edib. Bildirilir ki, hücumdan əvvəl uşaq bir neçə dəfə atası ilə birlikdə atış poliqonuna gedib.
Serbiya prezidenti Aleksandar Vuçiç oğlanın psixiatrik xəstəxanaya göndəriləcəyini açıqlayıb. Serbiya qanunlarına görə, o, 14 yaşından kiçik olduğu üçün cinayət məsuliyyətinə cəlb edilə bilməz. Vuçiç hesab edir ki, bu qətllərdən sonra cinayət məsuliyyətinin yaş həddi 12-yə endirilə bilər.
Polisin dediyinə görə, yeniyetmə hücumu bir ay əvvəldən planlaşdırıb. Onun siyahısında hədəfə alınacaq uşaqların “prioritet siyahısı” ilə yanaşı, ilk giriləcək sinif otaqlarının siyahısı da mövcuddur.
Qurbanların və zərərçəkənlərin əksəriyyəti 2009-cu il təvəllüdlüdür.
Mayın 5-dən Serbiyada üç günlük matəm elan edilib.
Telegram kanalımız