18 yaşlı şəhid - Qısa ömrə sığan böyük qəhrəmanlıq

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı şəhid - Qısa ömrə sığan böyük qəhrəmanlıq

Sosial

17 İyul 2024 17:25 558


Şəhidlər haqda çox deyilib, çox yazılıb. Yəqin ki, bundan sonra da danışılacaq və yazılacaq. Dünya durduqca, onlar yaşayacaq. Nahaq deməyiblər ki, şəhidlər unudulanda ölürlər. Onları daim yaşatmaq isə hər birimizin vicdan borcudur... 

Azərbaycan qəhrəmanlar diyarı, igidlər oylağıdır. Dünya binə olandan belədir. Həmişə də belə olacaq. 

Yerləşdiyi coğrafiya Azərbaycan xalqının böyük təlatümlər içərisində yaşamasına səbəb olub. Şimaldan da, cənubdan da, sağdan da, soldan da daim hücumlara məruz qalmışıq. Barlı-bərəkətli Azərbaycan torpaqları həmişə yadellilərin gözünü qamaşdırsa da, sonda qurğuşun olub boğazlarında qalıb. İgid Azərbaycan oğulları bütün ekstremal situasiyalarda yağının burnunu ovub, gözünü töküb. Yurdu yaşatmaq üçün özləri canlarından keçiblər.  Toyuqlu pizza

Belə igidllərimizdən biri də Səlim Qlman oğlu Cabbarovdur. 

Səlim Cabbarov 6 fevral 2002-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində anadan olub. Əslən axısqa türkü idi. 2008-2019-cu illərdə Saatlı rayon Şirinbəyli kənd tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Səlim Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. 

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Qəhrəmanlıq irsən gəlir, qanla gəlir. Rahat yat, qəhrəman Səlim. Vətən sizi unutmayacaq! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!