İsrailin xarici işlər naziri İsrael Katz fransalı vəzifədaşı Sebastien Sejurneyə yazdığı məktubda Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı israillilərə qarşı terror hücumları riski barədə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, məktubda qeyd olunub:
"Bəziləri bu tədbirin bayram ab-havasını pozmağa çalışırlar". Toyuqlu pizza
Katz deyib: “Hazırda İranın terror qrupları və digər terror təşkilatları Oyunlar zamanı İsrail nümayəndə heyətinin üzvlərinə və israilli turistlərə qarşı terror aktları törətmək istəyən potensial təhlükələrin qiymətləndirilməsi var".
Bundan əvvəl İsrail Milli Olimpiya Komitəsinin rəhbəri Yael Arad Parisdə keçiriləcək oyunlarda israilli idmançıların “adekvat təhlükəsizliyinin təşkilinə tam əmin olduğunu” bildirmişdi.
Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Xatırladaq ki, 1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunları zamanı Fələstin təşkilatının üzvləri İsrail Olimpiya komandasının 11 üzvünə qarşı terror aktı törədib. Sentyabrın 6-na keçən gecə girovları azad etmək üçün uğursuz cəhd zamanı polislə atışma zamanı 8 terrorçudan 5-i öldürülüb. Terrorçular girovların olduğu helikopterlərdən birini partlatmağa nail olublar.
Telegram kanalımız