2 erməninin Xankəndidən köçürüldüyü   təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

2 erməninin Xankəndidən köçürüldüyü təsdiqləndi

Siyasət

03 Aprel 2024 16:51 619


Qarabağdan 2 nəfər Ermənistana köçürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar təşkilat olaraq 29 mart tarixində, 2 nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib. pizza

Xatırladaq ki, bundan öncə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana köçürülən Sərkis Qalstyanın casusluqda ittiham olunaraq, həbs edildiyini açıqlamışdı.

Qeyd edək ki, Qalstyan Xankəndidə yaşayırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!