Bu gün İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Xidməti və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") rəhbərləri və müavinlərinin iştirakı ilə birgə iclas keçirilib.
Yenisabah.az "Borna"ya istinadla xəbər verir ki, "Sepah"ın yeni kəşfiyyat rəhbəri briqada generalı Kazemi və "Ettelaat" naziri Xətib iclasda iki paralel orqan arasında qarşılıqlı əlaqə və razılaşmaların səviyyəsinin artırılmasını vurğulayıblar.
General Kazemi kəşfiyyat və təhlükəsizlik orqanlarının koordinasiya və əməkdaşlığının kölgəsində sabit təhlükəsizliyin artacağına ümid etdiyini bildirib. Sezar pizza
Telegram kanalımız