2 narkotacir yaxalandı, 1 “Kalaşnikov“ müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

2 narkotacir yaxalandı, 1 “Kalaşnikov“ müsadirə olundu

Kriminal

08 Fevral 2023 13:31 800


Mehdiabadda narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, 3 nəfər saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Asəf Məmədov və Abbas Qafarovdur. Bu şəxslərdən ümumən 7 kiloqrama yaxın marixuana götürülüb. Onların Mehdiabad və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduqları müəyyən edilib.  Dördpendirli pizza

Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs isə əvvəllər məhkum olunmuş Elbəyi Əmirovdur. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron, həmin silaha məxsus daraq və narkotik vasitə heroin aşkar edilib. 

Faktlarla bağlı Mehdiabad  Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!