2 narkotik alverçisi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

2 narkotik alverçisi həbs olundu

Kriminal

25 Dekabr 2023 16:56 1063


Narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, paytaxt sakini Elvin Mustafayev saxlanılıb. Onun üzərindən və idarə etdiyi motosikletdən 5 kiloqram qurudulmuş marixuana aşkar edilib.

Eyni əməllə məşğul olan Suraxanı rayon sakini Rəşad Salmanov da saxlanılıb. Onun üzərindən və Bülbülə qəsəbəsindəki mənzilindən 21 kiloqram, o cümlədən 15 kiloqram heroin, 3 kiloqram metamfetamin, 3 kiloqram marixuana və narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar edilib. pizza sifarişi

Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!