2 nəfər həbs, 12 kq narkotik müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

2 nəfər həbs, 12 kq narkotik müsadirə olundu

Kriminal

18 Aprel 2023 13:17 1081


Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Beyləqanda birgə əməliyyat həyata keçirib.

Yenisabah.az xəbər verir ki, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıblar.

Tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib.    pizza mizza

İFaktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!