2 Pakistan təyyarəsi toqquşmanın astanasından geri döndü

saytların hazırlanması

Evə çatdırılma

2 Pakistan təyyarəsi toqquşmanın astanasından geri döndü

Dünya

26 İyul 2022 20:16 1166


Pakistan Beynəlxalq Hava Yollarına məxsus 2 təyyarə İranın hava məkanında eyni hündürlükdə uçarkən az qala havada toqquşacaqmış.

Yenisabah.az "Daily Pakistan"a istinadla xəbər verir ki, İslamabaddan Dubaya "Boeing 777" təyyarəsininDohadan Pişəvərə gedən "Airbus A320" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sərhədi yaxınlığında qəzadan güclə yayınıblar. Buna səbəb İran hava nəqliyyatı dispetçerlərinin ehtimal olunan səhlənkarlığı olub.

İddialara görə, İran hər iki Pakistan aviadaşıyıcısına eyni vaxtda uçmağa icazə verib. Dominos pizza

"Boeing 777" 35.000 fut və "Airbus A320" 36.000 fut yüksəklikdə uçarkən bir-birinə təhlükəli şəkildə yaxınlaşıb.

Bu zaman təyyarələrdə quraşdırılmış toqquşmadan yayınma sistemi həyəcan siqnalı verib və digəri daha da yüksəklərə qalxarkən təyyarəyə enmə əmri verilib.

Pakistan aviaşirkətinin sözçüsü bildirib ki, milli aviadaşıyıcı İranın müvafiq orqanlarına məsələnin araşdırılmasını xahiş edən məktub göndərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!