2 rayonda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

2 rayonda qaz olmayacaq

Sosial

23 Yanvar 2025 11:16 223


Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Paytaxtın M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə M.Hadi, Sarayevo, Q.Nəbi, kənd Əhmədli qəsəbəsi, Şirvani, A.Ələsgər, R.Quliyev Babək küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Dominos pizza

"Ağdaş" qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə "Ağdaş" ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Ağdaş şəhərinin bir hissəsinin, 1 qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!