Səudiyyə Ərəbistanında saxlanılan 2 uyğur türkü Çinə təhvil verilə bilər.
Yenisabah.az xəbər verir ki, uyğur din adamı Həmdulla Əbdülvəli və dostu Nurməmməd Ruzi 2020-ci ildə həcc ziyarətlərini yerinə yetirmək üçün Türkiyədən Səudiyyə Ərəbistanına gedib.
Əbdülvəli və Ruzi həcc ziyarətini yerinə yetirdikdən sonra rəsmi Pekin tələbi ilə Səudiyyə polisi heç bir ittiham irəli sürülmədən onları Ciddə şəhərindəki həbsxanaya göndərib. Marqarita pizza
Saxlanılan uyğurların ailə üzvləri Əbdülli və Ruzinin martın 16-da Ciddədən paytaxt Ər-Riyaddakı dispetçer mərkəzinə köçürüldüyünü bildirib. Onlar bunu Çinə ekstradisiya üçün hazırlıq kimi şərh ediblər.
Telegram kanalımız