20 nəfər əlilə təkərli oturacaqlar verildi

saytların hazırlanması

Evə çatdırılma

20 nəfər əlilə təkərli oturacaqlar verildi

Sosial

03 Yanvar 2021 14:25 500


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib.

Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib. Toyuqlu pizza

Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!