“20 Yanvar həm də anti-İsrail hərəkatıdır” -   Ərdəbilin imam-cüməsi

saytların hazırlanması

Evə çatdırılma

“20 Yanvar həm də anti-İsrail hərəkatıdır” - Ərdəbilin imam-cüməsi

Siyasət

28 Yanvar 2024 12:06 1293


İranın Ərdəbil vilayətinin imam-cüməsi Ayətullah Həsən Ameli İsrailin Azərbaycandakı səfirini hədəfə alıb.

Yenisabah.az Entekhab-a istinadla xəbər verir ki, o, Corc Dikin 20 Yanvar münasibəti ilə verdiyi mesaja toxunub.

Ameli bildirib: "Sionist rejimin səfiri Qəzza müharibəsində insan ləyaqətini müdafiə etdiyini elan etdi. Bu cümlə müharibə ilə bağlı ən gülməli və təhqiramiz cümlədir. Xəstəxanaları,məktəbləri bombalamaq, Qəzzaya dərman, yemək, yanacağın girməsinin qarşısını almaq insan ləyaqətini qorumaqdırmı?!" pizza

Daha sonra o əlavə edib: "Bu nadan səfir böyük səhv edib, o diqqət yetirməyib ki, Bakıda 20 Yanvar hadisəsinin məqsədi rus işğalçılarını qovmaq idi. Yəni 20 Yanvar işğala qarşı etirazdır, deməli, həm də anti-İsrail hərəkatıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!