21 gün komada qalan qazimiz

saytların hazırlanması

Evə çatdırılma

21 gün komada qalan qazimiz

Sosial

01 Dekabr 2020 07:21 1003


Zəfər yürüşündə düşmənə qan udduran PDM-çilərimiz sözün əsl mənasında öz qəhrəmanlıqları ilə yadda qalıb. Belə döyüşçülərimizdən biridə Qəni Gözəlovdur. Doqquza yaxın düşmən texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edən PDM-çimiz namərd erməni atəşinə tuş gəlib.

“Yeni Sabah” xəbər verir ki, Vətən Müharibəsi ərəfəsində düşmən atəşinə tuş gələn PDM-çi qazi Qəni Gözəlov 21 gün komada qalıb. Bir neçə dəfə əməliyyat olunan döyüşçü ötən gün sağalaraq ailəsinə qovuşub. Qazimiz kənd sakinləri və ailəsi tərəfindən alqışlarla qarşılanıb.

Qəni Gözəlov deyir ki, bu Qələbədə payım olduğu üçün artıq heç bir ağrı acı hiss etmirəm. Çünki bizim bir məqsədimiz vardı - döyüşə girərkən düşməni məhv edək. Bu amal ilə düşmənə qarşı hücuma keçdik. Füzuli istiqamətində döyüşlərimiz oldu, doqquza yaxın düşmən texnikasını və xeyli sayda canlı qüvvəsini məhv etdik. pizza hut

Qazinin atası Şakir Gözəlov öz oğlu ilə və ordumuzla fəxr etdiyini söyləyir. O deyir ki, hər birimizin arzusu gerçəkləşib - torpaqlarımız azad edilib, şəhidlərimizin qisası alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!