22 yaşlı sürücü Cəbrayılda minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

22 yaşlı sürücü Cəbrayılda minaya düşdü

Hadisə

14 İyul 2022 17:06 919


Cəbrayılda “Azərsun"un maşını mina düşüb, sürücü xəsarət alıb. 

Bu barədə Yenisabah.az-a ANAMA-dan məlumat verilib.

Bildiirlib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Toyuqlu pizza

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!