24 yaşlı oğlan 13-cü mərtəbədən yıxılaraq öldü 

saytların hazırlanması

Evə çatdırılma

24 yaşlı oğlan 13-cü mərtəbədən yıxılaraq öldü 

Hadisə

29 Dekabr 2022 15:19 1238


Dünən axşam saatlarında Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masazır qəsəbəsində yerləşən hündürmərtəbəli yaşayış binasından bir nəfər şəxs yıxılaraq ölüb. Hadisə ilə bağlı polis şöbəsinə məlumat daxil olduqdan sonra Abşeron RPŞ əməkdaşları hadisə yerinə cəlb olunublar. Məlum olub ki, həmin şəxs binanın 13-cü mərtəbəsindən yıxılıb.

Vəfat edən şəxsin 1998-ci il təvəllüdlü Məhəmmədəli Əmiraslanov olduğu müəyyən edilib. Hadisə yerinə ekspertlər, polis və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit aidiyyəti üzrə təhvil verilib. Toyuqlu pizza

Qeyd edək ki, mərhum bir müddət əvvəl daxili işlər orqanlarında xidmət keçmək üçün sənəd veribmiş. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!