25 yaşlı məhkum dəlixanaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

25 yaşlı məhkum dəlixanaya göndərildi

Kriminal

07 Aprel 2025 14:58 319


Pirallahı rayonunda atasını bıçaqlamaqda təqsirləndirilən Ömər Soltanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə baxılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək müttəhimin hadisəni anlamsız vəziyyətdə törətdiyini,və barəsində intensiv müşahidə altında məcburi müalicə təyin edilməsini və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini məhkəməyə təklif edib.

Məhkəmənin qərarına əsasən, Ömər Soltanov barəsində intensiv məcburi müalicə təyin edilib və cinayət məsuliyyətindən azad olunub. Onun müalicəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında aparılacaq. pizza hut

Hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanov münaqişə zəminində atası Famil Soltanovu yaşadıqları evdə bıçaqlamaqda şübhəli bilinir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!