25 yaşlı qadından 3 aydı xəbər yoxdur   - Foto

saytların hazırlanması

Evə çatdırılma

25 yaşlı qadından 3 aydı xəbər yoxdur - Foto

Hadisə

08 Yanvar 2023 12:10 752


Tovuzda 25 yaşlı qadın itkin düşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. 

Rayonun Əsrik Cırdaxan kənd sakini, 1998-ci il təvəllüdlü Afət İsmayılova oktyabr ayının sonlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, gözlərinin rəngi qaradır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub. Marqarita pizza

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!