Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1996-ci il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılarkən yolda dünaysını dəyişib. pizza sifarişi
Sürücü 1988-ci il təvəllüdlü Anar Cəfərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Modern.az
Telegram kanalımız