3 Amerika ölkəsi Ukraynadakı münaqişəni pisləməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

3 Amerika ölkəsi Ukraynadakı münaqişəni pisləməkdən imtina etdi

Dünya

29 İyul 2022 11:20 1134


Argentina, Braziliya və Meksika Amerika ölkələrinin Ukraynadakı münaqişəni pisləməklə bağlı mövqeyinə qoşulmaqdan imtina ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə cümə axşamı Braziliyada keçirilən Amerika Müdafiə Nazirlərinin 15-ci Konfransının (CDMA) yekunlarına əsasən qəbul edilən bəyannamədə deyilib.

"Argentina və Braziliya beynəlxalq siyasətini tənzimləyən prinsiplərə uyğun olaraq, beynəlxalq sülh və təhlükəsizliyə nail olmaq baxımından BMT-nin rolunu tanıyır və bu təşkilatı Ukraynadakı münaqişənin həlli üçün müvafiq səlahiyyətlərə malik platforma hesab edirlər", - deyə mövqe qeyd edib. Marqarita pizza

Meksika da öz növbəsində hesab edir ki, Ukraynadakı vəziyyət CMDA-nın səlahiyyətinə aid deyil və BMT-nin rolu ilə bağlı Argentina və Braziliyanın fikrinə qoşulur.

Eyni zamanda, Haiti, Qvatemala, Dominikan Respublikası, Kanada, Kolumbiya, Paraqvay, ABŞ və Ekvador Ukraynadakı hərbi əməliyyatları qətiyyətlə pisləyib.

Xatırladaq ki, Amerika Müdafiə Nazirlərinin Konfransı iki ildən bir keçirilir. Hərbi idarə rəislərinin ilk belə görüşü 1995-ci ildə ABŞ-da baş tutub. CDMA-nın işində ümumilikdə 34 ölkənin nümayəndələri iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!