3 gün əvvəl Putindən yardım istəyən Şri-Lanka prezidentinin son durumu…

saytların hazırlanması

Evə çatdırılma

3 gün əvvəl Putindən yardım istəyən Şri-Lanka prezidentinin son durumu…

Dünya

10 İyul 2022 08:49 1458


Şri-Lnaka 51 milyard xarici borcunu ödəyə bilmir. Hakimiyyət əsas gəlir mənbəyinin azalmasını koronavirus pandemiyası ilə əlaqələndirir

Şri-Lankanın ən böyük şəhəri Kolomboda etirazçılar prezidentin iqamətgahını ələ keçiriblər.

Yayılan məlumatlara görə, prezident təhlükəsiz yerə təxliyə edilib və dəniz qüvvələrinin mühafizəsi altındadır, şəhərdə isə nümayişçilərlə polis arasında toqquşmalar gedir. Toyuqlu pizza

Etirazlarda on minlərlə insanın iştirak etdiyi bildirilir. Səlahiyyətlilərin "France-Presse"-ə verdiyi məlumata görə, iştirakçılardan bəziləri şəhərə “gətirilib”.

Kolomboda cümə axşamı komendant saatı elan edilsədə buna əməl edilməyib. Baş nazir Ranil Vikramasinqhe böhranı müzakirə etmək üçün ölkədəki siyasi partiya liderlərini fövqəladə toplantıya çağırıb. O, spikerdən parlamentin çağırılmasını da xahiş edib.

Hökumət aparatının rəhbəri daha sonra Vickramasinghe-nin istefa verməyə razı olduğunu bildirib. Şri-Lankada etirazlar ilin əvvəlindən davam edir, buna görə də əvvəlki hökumət başçısı, prezidentin böyük qardaşı artıq istefa verib.

Ölkə iqtisadiyyatı müasir tarixin ən böyük böhranını yaşayır. Şəhərlərdə yanacaq, dərman, bəzi məhsulların qıtlığı var, valyuta ehtiyatları tamamilə tükənib. Hakimiyyət bunu əsas gəlir mənbəyi olan turizmin azalmasına səbəb olan koronavirus pandemiyası ilə əlaqələndirir.

Ölkə 51 milyard xarici borcunu ödəyə bilmir. Prezident Gotabaya Rajapaksa iyulun 6-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını və ondan kredit dəstəyi və "Aeroflot"un ölkəyə uçuşlarının bərpasını istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!