3 narkokuryer həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

3 narkokuryer həbs olundu

Kriminal

11 Fevral 2023 10:23 808


Qaçaqmalçılıq yolu ilə 67 kiloqram heroin və metamfetamini ölkəyə keçirən dəstənin üzvləri saxlanılıblar.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, onlar tranzit yükdaşımalar adı altında narkotiki Gürcüstana və Avropaya göndərməyə çalışıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov onun başçılıq etdiyi dəstənin üzvləri - Əlifağa Hadıyev və Samir Abdullayev tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və  Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Ümumən 67 kiloqram, o cümlədən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub.

Dəstə üzvləri şəxsiyyəti istintaqla araşdırılan “Əsgər” adı altında pərdələnən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər. pizza hut

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 3 şəxs  barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!