“3 otaqlı yerinə, birotaqlı veriblər...” iddiasına Dövlət Komitəsindən cavab gəldi

saytların hazırlanması

Evə çatdırılma

“3 otaqlı yerinə, birotaqlı veriblər...” iddiasına Dövlət Komitəsindən cavab gəldi

Sosial

27 İyul 2026 13:33 275


Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib.

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə Xocalı rayonunun Meşəli kəndindən məcburi köçkün düşmüş Rasim Vəliyevin və qardaşı Məzahir Vəliyev aliənin 3 otaqlı mənzil əvəzinə 1 otaqlı mənzillə təmin olunması barədə iddialar yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, aparılmış araşdırma zamanı həmin iddiaların əsassız olduğu müəyyən edilib. Toyuqlu pizza

Araşdırma nəticəsində məlum olub ki, Rasim Vəliyev və ailə üzvləri əvvəllər Goranboy rayonunda yaşayış sahəsi ilə təmin olunublar. Daha sonra Böyük Qayıdış Proqramı çərçivəsində ailənin beş nəfərdən ibarət olması nəzərə alınaraq onlar Xocalı rayonunun Badara kəndində normativ tələblərə uyğun 3 otaqlı mənzillə təmin ediliblər.

Məsələ ilə bağlı Dövlət Komitəsinin əməkdaşları sözügedən mənzilə yerində baxış keçirilib. Baxış zamanı mənzilin 3 otaqdan ibarət olduğu və sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub.

Dövlət Komitəsi bir daha vurğulayır ki, Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşların yaşayış sahələri ailə tərkibi və qüvvədə olan normativ tələblər əsasında müəyyən edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!