30 manata görə qonşusunu bıçaqladı, 10 il həbs cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

30 manata görə qonşusunu bıçaqladı, 10 il həbs cəzası aldı

Kriminal

08 Sentyabr 2023 17:02 871


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elməddin Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Lent.az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.  Toyuqlu pizza

Qeyd edək ki, hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. İttihama görə, hadisədən əvvəl Seymur Həsənov qonşusu 1983-cü il təvəllüdlü Elməddin Əsədovdan 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb. Borcu almaq üçün Elməddin Əsədov qonşusu Seymur Həsənovun qapısına gəlib. Qapıya gəldiyi üçün aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı E.Əsədov S.Həsənova bıçaqla xəsarət yetirib. Zərərçəkmiş dərhal xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!