300 min manatla itkin düşən kişini öldürüb su quyusuna atıblar

saytların hazırlanması

Evə çatdırılma

300 min manatla itkin düşən kişini öldürüb su quyusuna atıblar

Kriminal

08 Aprel 2023 08:04 2416


Aprelin 7-si 1954-cü il təvəllüdlü Kamran Bəkirovun itkin düşməsinə dair ailə üzvlərinin məlumatı əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Sabunçu rayon prokurorluğundan “Yeni Sabah”a bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19:00 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Dominos pizza

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mustafa Zeynalov və Ramiz Əliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!