“3+3“ formatında ilk görüş baş tutdu

saytların hazırlanması

Evə çatdırılma

“3+3“ formatında ilk görüş baş tutdu

Dünya

10 Dekabr 2021 16:04 1132


Bu gün Moskvada "3+3" formatında XİN rəhbi müavinləri səviyyəsində ilk görüş keçirilib.

Yernisabah.az IRNA-ya istinadla xəbər verir ki, iclas Gürcüstanın iştirakı olmadan baş tutub.

Rusiya, İran İslam Respublikası, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər naziri müavinləri "3+3" formatında Cənubi Qafqaz problemlərinin həllinin həyata keçirilməsinin zəruriliyini vurğulayıblar. pizza hut

Çıxışlarda bu görüşün əməkdaşlıq üçün uyğun mexanizm təmin edə, mütərəqqi məqsədlərə nail ola və regionda əməkdaşlığı genişləndirə biləcəyinə ümidvarlıq ifadə olunub.

Xatırladaq ki, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!