Qəzza zolağında gedən döyüşlər ucbatından bir həftə ərzində təxminən 360 min insan Rafahı tərk edib.
Yenisabah.az xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib.
Qurumun "X"-dakı paylaşımında deyilir: “Bir həftə əvvəl ilk evakuasiya əmrindən bəri təxminən 360,000 insan Rafahı tərk etmək məcburiyyətində qalıb. “Atəşkəs olmadan gedəcək heç bir yer yoxdur”. Toyuqlu pizza
Qəzza rəsmiləri anklavın səhiyyə sisteminin yanacaq çatışmazlığı ucbatından “dağılmaq ərəfəsində” olduğunu bildiriblər.
“Bir neçə saat bizi xəstəxanalardakı elektrik generatorlarının işləməsi, təcili yardım maşınları və nəqliyyat üçün lazım olan yanacaqla təmin edə bilmədiyi üçün Qəzza zolağında səhiyyə sisteminin dağılmasından ayırır”.
Telegram kanalımız