4 deputat bələdiyyə sədri seçildi 

saytların hazırlanması

Evə çatdırılma

4 deputat bələdiyyə sədri seçildi 

Siyasət

01 Aprel 2024 13:56 453


Xəbər verdiyimiz kimi, Türkiyədə dünən keçirilən bələdiyyə seçkiləri müxalif Cümhuriyyət Xalq Partiyasının qələbəsi ilə başa çatıb. Hakimiyyət əleyhdarı olan partiya seçicilərin 37.74 faizinin səsini toplayaraq bütün rəqiblərini üstələyib. 

Yenisabah.az xəbər verir ki, martın 31-də keçirilən bələdiyyə seçkilərində namizədlər arasında 26 millət vəkili də olub. Onlar həm iqtidar, həm də müxalifət partiyalarını təmsil edib. 

Seçki marafonuna qatılan deputatlardan yalnız 4-ü - CHP Afyonkarahisar millət vəkili Burcu Köksal, Adıyamandan olan deputat Abdurrahman Tutdere, Kastamonu millət vəkili Hasan Baltacı və Kırıkkaleni parlamentdə təmsil edən Ahmet Önal bələdiyyə başqanı seçilib. Seçkidə qalib gələn deputatlar vəzifələrinin icrasına başladığı gün onların səlahiyyətlərinə xitam veriləcək. Bununla da CHP-nin Türkiyə Böyük Millət Məclisindəki deputatlarının sayı 129-dan 125-ə düşəcək.  Pepperoni pizza

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!