4 mübahisəli ada: ABŞ Yaponiyanı dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

4 mübahisəli ada: ABŞ Yaponiyanı dəstəkləyir

Dünya

09 Fevral 2022 13:51 679


"ABŞ Cənubi Kuril adaları üzərində Yaponiyanın suverenliyini tanıyır və bu məsələdə Tokionu dəstəkləyir".

Yenisabah.az xəbər verir ki, bu bəyanatı  ABŞ-ın Yaponiyadakı səfiri Ram Emmanuel səsləndirib.

«Bu gün Yaponiyanın Şimal Əraziləri Gününü qeyd etdiyi vaxt mən fikrimi aydın bildirmək istəyirəm. Birləşmiş Ştatlar şimal əraziləri məsələsində Yaponiyanı dəstəklyir. 4 mübahisəli adalar üzərində Yaponiyanın suverenliyini hələ 1950-ci ildən tanıyır”, – deyə Emmanuel qeyd edib. Pepperoni pizza

Eyni zamanda, o, Yaponiya və Rusiya hökumətlərinin sülh müqaviləsi bağlamaq cəhdlərini dətəklədiyini ifadə edib.

Kuril arxipelaqının cənubundakı 4 ada Yaponiya və Rusiya arasında mübahisəli ərazidir. Faktiki olaraq isə Rusiyanın Saxalin vilayətinə aiddir.

Rusiya ilə Yaponiya hələ də sülh müqaviləsi imzalamayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!