4 ölkə sərhədlərini Rusiya və Belarusa bağlayır

saytların hazırlanması

Evə çatdırılma

4 ölkə sərhədlərini Rusiya və Belarusa bağlayır

Dünya

04 Aprel 2022 14:53 593


Polşa, Latviya, Litva və Estoniya quru sərhədlərini Rusiya və Belarusa bağlayır.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna infrastruktur nazirinin müavini Mustafa Naim bildirib.

Məlumata görə, Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiya və Belarusa məxsus yük maşınları üçün quru yolları tamamilə bağlayacaq, bununla da Rusiyanın tam təcridi həyata keçəcək. Dördpendirli pizza

“Ötən həftə biz rəsmi şəkildə Rusiya və Belarusun istənilən avtomobil yollarının bağlanması ilə bağlı müraciət etmişdik. Müraciətimizə dərhal reaksiya verilib. Yekun nəticəni gözləyirik”, - nazir müavinin qeyd edib.

Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bununla belə, Rusiya daşınmalar quru yolu ilə gerçəkləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!