Bu gün 4 gəminin Ukrayna limanlarını tərk etməsinə icazə verilib.
Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı pres-relizdə bildirilib.
Koordinasiya mərkəzi 5 gəminin humanitar dəhlizə daxil olmasına icazə verib. 4 gəmi Odessa və Çernomorsk limanlarından 161 084 ton ərzaq daşıyacaq. Gəmilərin yükü dənli bitki, un və günəbaxan yağından ibarətdir. Toyuqlu pizza
İstanbul boğazında lövbər salmış quru yük gəmisinin isə Çernomoska yola düşməsinə icazə verilib.
Bütün gəmilər İstanbulda dayanaraaq yoxlanışdan keçiriləcək.
Telegram kanalımız