40 yaşlı kişiyə “vəhy” gəldi

saytların hazırlanması

Evə çatdırılma

40 yaşlı kişiyə “vəhy” gəldi

Hadisə

02 Avqust 2022 07:33 1599


Rusiyanın paytaxtı Moskvada 40 yaşlı kişi istirahət gününü qəribə şəkildə qeyd edib. Belə ki, o, gecə Xilaskar Məsihin Kilsəsinə girib, yanğın hidrantlarını açıb, suyu açıq buraxıb və kilsəyə su dolub.

“Baza” “Telegram” kanalının məlumatına görə, kişi dini obyektə zirzəminin pəncərəsini sındıraraq daxil olub. Onun məbəddə etdiyi hərəkətlər nəticəsində iki yeraltı mərtəbənin dəhlizlərini su basıb. Fondun yerləşdiyi bölməyə ziyan dəyib. Su həm həyətə, həm də kiçik kitabxanaya keçib.

Xuliqan məbədi qoruyan mühafizəçilər tərəfindən saxlanılıb. Kişi iddia edib ki, onu məbədə “kimsə göndərib”. pizza hut

Nəticədə həmin şəxs polisə aparılıb və barəsində protokol tərtib edilib. Hazırda “Vandalizm” maddəsi ilə cinayət işinin başlanması məsələsi həll edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!