48 ildən sonra bəraət aldı, milyonlar qazandı

saytların hazırlanması

Evə çatdırılma

48 ildən sonra bəraət aldı, milyonlar qazandı

Dünya

17 Avqust 2024 09:37 703


ABŞ-da 48 il həbs cəzası çəkən kişiyə bəraət verilib. 

Yenisabah.az Lent.az-a istinadla bildirir ki, 1974-cü ildə Qlinn Ray Simmons Oklahoma ştatında soyğunçuluq və qətldə şübhəli bilinərək edam cəzasına məhkum edilib. Sonradan bu qərar ömürlük cəza ilə əvəzlənib. 

O, 2023-cü ildə verdiyi şikayət əsasında sərbəst buraxılıb. Simmons polisin sənədləri təhrif etdiyini və prokurorluğun məhkəmə gedişatında dəlilləri açmadığını iddia edərək 7.15 milyon dollar təzminat tələb edib. Keçmiş məhkum bu iddia ilə çıxış etdiyi məhkəməni qazanıb.  pizza hut

1974-cü ildə məhkum olunan kişinin adı günahsız yerə ən çox həbsdə yatan şəxs olaraq beynəlxalq siyahıya salınıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!