54 nəfər qarda yıxılaraq xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

54 nəfər qarda yıxılaraq xəsarət alıb

Hadisə

11 Yanvar 2023 12:02 763


Son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. 

Qeyd olunub ki, xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.  pizza sifarişi

Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir. 

Hər iki halda Mərkəzə müraciət edən şəxslərin qəbulu və müayinəsi ilə bağlı hər hansı bir problem yaşanmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!