“6 ilə 27 min manat verməyə dəyərmi?” - Təhsil haqqı ilə bağlı ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“6 ilə 27 min manat verməyə dəyərmi?” - Təhsil haqqı ilə bağlı ETİRAZ

Sosial

26 Sentyabr 2020 12:54 975


“Azərbaycanda ali məktəbə qəbul imtahanında yüksək bal toplayanlar sonradan  ümid qırıqlığı yaşayır, çünki gözlədikləri biliyi ala bilmirlər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev deyib. O, Tibb Universitetindəki təhsil haqqı məsələsinə də toxunub:

“Tibb Universitetində təhsil haqqı 4 500 manatdır. 6 ilə 27 min manat pul edir. Bu qədər pul verməyə dəyərmi? Dəyərsə, niyə qabiliyyətli uşaqlar diplomu alan kimi xaricə qaçır? Diplomdan sonra təhsil almaq istəyirlər və oxuyub orda da qalırlar, çünki ölkədə biliklərinə uyğun qazancları olmur.  Sezar pizza

Bir məsələyə toxunum. Bizdə Seçenov adına Tibb Universitetinin Bakı filialı var. Orada Rusiyadan gələn müəllimlər dərs deyir. Əgər filial açmaq mümkündürsə, niyə Tükiyənin bir universitetinin filialını açmayaq? Müəllimlər də türk alimləri olsun, beləliklə, gənclər təhsil üçün Türkiyəyə getməz, öz ev-eşiyində qalarlar. Özümüzdə də qabiliyyətli həkimlər var, onları tədris üçün bu filiala cəlb eləmək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!