657 balla Qarabağ Universitetini seçən gənc   tanınmış şairin qızıdır - FOTO

saytların hazırlanması

Evə çatdırılma

657 balla Qarabağ Universitetini seçən gənc tanınmış şairin qızıdır - FOTO

Sosial

09 İyul 2024 15:54 1655


Xəbər verdiyimiz kimi, qəbul imtahanında 657, 1 bal toplayan Fidan İbişova Qarabağ Universitetini seçəcəyini açıqlayıb.

F.İbişova Füzuli rayonu, Qayıdış qəsəbəsi, 7 nömrəli tam orta məktəbin məzunudur. 

Yenisabah.az Fidan İbişova ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, əslən Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindən olan F.İbişova məcburi köçkündür. O, Vətən Müharibəsindən bir neçə il əvvəl Füzuli rayonunda inşa olunmuş Qayıdış qəsəbəsində yaşayıb. Orta təhsilini də qəsəbə məktəbində tamamlayıb.  Marqarita pizza

Yüksək nəticə göstərən abituriyent orta məktəbdə oxuduğu illərdə elmə həssas münasibəti ilə seçilib. O, çalışqanlığı və məsuliyyəti ilə sinif yoldaşlarından fərqlənib. Xüsusi istedada sahib olan gənc xanım müəllimlərin sevimlisi olub. 

Qeyd edək ki, F.İbişova ziyalı ailəsində doğulub. Onun atası Mirmehdi İbişov ali təhsilli müəllimdir, Füzulidə ən yaxşı pedaqoqlardan biri kimi tanınır. 

Mirmehdi İbişov həm də istedadlı qələm adamıdır. Mətbuatda Mirmehdi Rəsul imzası ilə çıxış edir. Onun şeirləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!