66,5 milyon manatlıq narkotik - 3 ayın hesabatı

saytların hazırlanması

Evə çatdırılma

66,5 milyon manatlıq narkotik - 3 ayın hesabatı

Kriminal

15 Aprel 2023 14:00 952


2023-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 66 milyon 547 min 143 manat kimi qiymətləndirilir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.

Təhlil göstərir ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 378, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 38, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 339, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 1 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 22 fakt, qrup halında olan cinayətlərin sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 240 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 130 kq 919,26 qr artıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!