8 ildir qaza qoyulan limit: Bu il 51 faiz abonent...

saytların hazırlanması

Evə çatdırılma

8 ildir qaza qoyulan limit: Bu il 51 faiz abonent...

Sosial

18 Dekabr 2024 11:14 24797


Azərbaycanda əhalinin təbii qazdan istifadəsinə görə limit tətbiq edilir. Tarif Şurasının 2021-ci ildə verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpik, 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla hesablanır.

Hər yeni ildə qaz limiti yenilənir. Hazırda 2024-cü ilin son günlərini yaşayırıq. Bu, o deməkdir ki, gələn ay təbii qaz limitləri yenilənəcək. Lakin mənzillərini təbii qazla qızdıranlar təbii qazın aşağı limitini elə ilin ilk ayları, yəni yanvar, fevral kimi soyuq aylarda keçdiklərini bildirirlər. Belə olduqda əhali məcbur qalıb 12 qəpiyə aldığı bir kubmetr təbii qaza 20 və ya 25 qəpik ödəməli olur.

Xatırladaq ki, bu ilin fevral ayına olan rəsmi məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstahsalat Birliyinin ümumi abonentlərinin sayı 2 milyon 599 min 43-ə çatıb. Pepperoni pizza

Bəs cari ildə neçə abonent və ya abonentlərin neçə faizi aşağı qaz istifadəsi limitini keçib?

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, ilin ilk 11 ayı ərzində abonentlərin yarıdan çoxu qaz limitini keçməyib:

“2024-cü ilin on bir ayın statistikası onu deməyə əsas verir ki, 51 faiz abonent aşağı qaz istifadəsi limitini, yəni 1200 kubmetrədək limiti keçməyib. Dekabr ayını da nəzərə alsaq, bu, ən pis halda 46 faiz təşkil eləyə bilər”.

Xatırladaq ki, Azərbaycanda təbii qazın istehlakına limitlər ilk dəfə 2016-cı ildən tətbiq olunmağa başlanıb. Bu tarixdən etibarən, əhali üçün müəyyən qaz istehlak limitləri müəyyən edilmiş və bu limitin aşılması halında əlavə ödənişlər tətbiq olunmağa başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İntiqam
    Sən dedin məndə inandım.Heç görəsən özün öz dediyivə inanırsan?
    1 year ago
  • Ehtibar
    Limitlər realliqi əks etdirirlər, ləqv edilməlidir. İstilik sistemləri olan bina evləri arasında fərq qoyulmur. 1-2 nəfərlik abonent ilə 8-10 nəfərlik abonent arasında fərq yoxdur. Eldəniz yalan danışır.
    1 year ago
  • RAHİM
    Millət Soyuqdan əziyyət çəksə də olar, Təki "deputatlar" kef çəksinlər, MÜFTƏ MAAŞLA. XALQA. XOR BAXSINLAR. LAYİQ OLMADIQLARI HƏYAT TƏRZİ SÜRSÜNLƏR.
    1 year ago
  • Elnur
    Passiv obenentlər var yəni 2-3 yerdə evləri olanlar. Birdə Bakıda bir çox evlər mərkəzləşmiş istilik sisteminə qoşulub. Ümumi saydan onları çıxsaz düzgün olar . Yəni 80- 90 % limiti keçir.
    1 year ago
  • Elnur
    Passiv obenentlər var yəni 2-3 yerdə evləri olanlar. Birdə Bakıda bir çox evlər mərkəzləşmiş istilik sisteminə qoşulub. Ümumi saydan onları çıxsaz düzgün olar . Yəni 80- 90 % limiti keçir.
    1 year ago
  • VÜQAR
    125 deputat Milli Məclisdə oturub mürgüləyənə,boş boş danışana kimi qazın,işığın limitinin ləğv məsləsini irəli sürsələr yaxşı olardı
    1 year ago
  • Azad Aydın
    Neft qaz ölkəsində limitlə qaz istehlak olunmamalıdır.Limit digər ölkələrdən qaz alan ölkələrə şamil edilir.BP.sirkəti neftlə birgə çıxarılan qazı ölkəyə pulsuz verir.Bu qaz əhalinin istifadə etdiyi qazın 70%i həcmindədir.
    1 year ago
  • Bozkurt
    Az yazdığım şərh deyəsən sərf eləmədi, düz danışanda o dəqiqə susdururlar, yazdığımız məmurlar görsünlər, onlar havayı işlədir, onların hesabını bizə yazırsız, 10 yükləyirəm niyə balansa 4 manat oturmalıdır?
    1 year ago
  • Bozkurt
    Öz ölkəmdə çıxan qazı mənə limitlə verir, başqa ölkələr qazı limitsiz işlədir, mən niyə görə qazı limitlə işlətməliyəm? Mən niyə görə 10 manat karta yükləyib balansa 4 manat oturmalıdır? Yenə 3 manat çıxsaydı o qədər yandırmazdı, 20 AZN ə 8 manat belə şey olar,
    1 year ago
  • Sabina
    Ehalinin 80 faizi limiti kecir
    1 year ago
  • Selimov
    Ayagimizin altindan cixan qazin milletinden deyerli hesab eden olkem
    1 year ago
  • Türkan
    Niyə kəntlərdəki soyuğu nəzərə almalısınız? Sırf yaşayış şəhər sakinləri üçündür? Şəxsən mən limiti keçmişəm qiyməti aşağı eləsələr yaxşı olar qazandığımız pulu yeməyimi verək kamunalamı, yoxsa uşağın əyin başınamı? Suallara cavab...
    1 year ago
  • Mirxan Şahverdiyev
    İnsanlar limiti aşmırlar,əvəzində donurlar.Çünki ödəyə bilmirlər.
    1 year ago
  • RAHİM
    HEYİFLƏR OLSUNKİ DÜZ DANIŞMAYAN VƏLİYEVİN. ADI ELDƏNİZDİR. KOMBİ OLAN EVDƏ 1200. K/ M -I KEÇMƏMƏK MÜMKÜN DEYİL.
    1 year ago