“8 Noyabr” stansiyasından yeni görüntülər   - Video

saytların hazırlanması

Evə çatdırılma

“8 Noyabr” stansiyasından yeni görüntülər - Video

Sosial

22 Dekabr 2020 12:34 876


Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntülər yayılıb.

Yenisabah.az xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən məlum olur ki, stansiyanın platformasında işlər yekunlaşıb. Platforma Azərbaycan bayrağı ilə bəzədilib, divarlarda işğaldan azad rayonların böyük ölçüdə fotoları yerləşdirilib. Sezar pizza

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.

“8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir.

n).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!