Dövlət sərhədində 87 kiloqram 340 qram narkotik vasitələrin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadla xəbər verir ki, əməliyyatlar azmanı Lənkəran şəhər sakinləri 1965-ci il təvəllüdlü Rəfael Əsgərov və onun oğlu 1991-ci il təvəllüdlü Kənan Əsgərzadə saxlanılıb.
Bundan başqa, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Murad Əliyev və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü Emin Əsgərov tutulublar. pizza mizza
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız