“Avroviziya mənə maraqlı deyil".
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Hiss “Özəl” proqramında qonaq olarkən deyib.
O əlavə edib: "Özümü ağır məsuliyyətin içərisinə salmaq istəmirəm. Mən o ağırlığı üzərimə götürə bilmərəm. Özüm rahatam və istəmirəm ki, kimsə məndən asılı olsun. İndi dövr dəyişib. Avroviziya ilə tək populyarlıq olmur, mənim üçün gündəm deyil”. pizza sifarişi
Sənətçi şou-biznes ulduzlarını tənqid edib:
“Əhatə önəmlidir. 9 axmağın içində oturacaqsansa, sən də axmaq olacaqsan. Bizim şou-biznesi bilirsiz. Mahnı yaratmaq istəmirlər. Hər kəsin bir yolu var. Hər ay bir mahnı çıxarıb gündəmdə qalırlar. Hamı ilə əlaqəm var, amma bu sferadan dostum yoxdur. Eşidirəm, deyirlər ki, dünənin uşağıdır, onunla eyni səhnədə yer almaq istəmirəm. Onlara demək istəyirəm ki, əzizlərim, siz də uşaq olmusuz”.
Gənc ifaçı ləqəbinin Hissdən əvvəl Sirr seçildiyini bildirib:
“Adım Röyadır. Hiss ləqəbini seçdim. Ondan əvvəl Sirr düşünülmüşdü. Mən Sirr-i çox sevirdim, özüm də sirli qızam. Komandam dəyişmək qərarına gəldi. Çünki Sirr adlı rok qrupu var idi. Hiss qoyduq, uğurlu da alındı. Amma dostlarım mənə gündəlik həyatda adımla müraciət edir”.
Telegram kanalımız